
Davam edir, monitorinq! – “İstehlaka yararsız məhsullar məhv edilir”
Davam edir, monitorinq! – “İstehlaka yararsız məhsullar məhv edilir”
Yusif Nəzərli
13:44 08.12.2022
Sağlamlıq
927
“Məhsulun üzərində istifadə müddəti yoxdursa, qəbul edilib insanların istehlakına verilməməlidir”
İstehlaka yararsız 14,5 ton müxtəlif növ süd məhsulu məhv edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 74 adda, 14,5 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Məsələ ilə bağlı "Sherg.az"a danışan qida məsələləri üzrə ekspert Elsever Fərzəliyev bildirib ki, vaxtı keçmiş qida məhsullarına tək Azərbaycanda deyil, bütün dünya sivilizasiyasında rast gəlmək mümkündür:
“Bu qanunla tənzimlənən bir amildir. Qida məhsulunun son istifadə müddəti keçdikdən sonra istehlak olunması qadağan edilir. Əsasən də insan orqanizimində çoxsaylı fəsadların əmələ gəlməsini şərtləndirdiyindən məsələyə kəskin nəzarət həyata keçirilir. Aparılan monitorinqlər nəticəsində aşkarlanan uyğunsuz məhsulların istehlakdan çıxarılması müsbət qarşılanır. Adıçəkilən təşkilatların bu mövzuda diqqətli olmaları müsbət rəy formalaşdırır".
Ekspert hesab edir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq tədbirlər həyata keçirir:
“Hazırda bu, daha qlobal məsələdir. AQTA- nın o qədər çox sayda əməkdaşı yoxdur ki, gün ərzində növbədə dursun və proseslərin baş verməsinə nəzarət etsin.
Təşkilatların fəaliyyətindən düşüncə və müəyyən tədbirlər görmələrindən asılı bir vəziyyətdir. Şirkət nümayəndələri bu halların baş verməsini aradan qaldırmalıdırlar.
Bütün qida məhsularının istifadə müddəti istehlakçı müəssisələr tərəfindən müəyyənləşdirilir. Məhsulun üzərində istifadə müddəti yoxdursa, qəbul edilib insanların istehlakına verilməməlidir”.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi