Demək olar ki, Azərbaycanda hər kəs virusla təmasda oldu
Yusif Nəzərli
21:28 22.12.2022
Sağlamlıq
666
Çindəki yoluxma sayının yüksək artımı bizə ciddi təsir göstərməyəcək
Çində koronavirusa yoluxmanın yeni dalğası başlayıb. Çin hökuməti sərt karantin rejiminin yumşaldılmasından sonra xəstəliyin kəskin dərəcədə artmasının qarşısını ala bilmir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Çində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasından narahat olduğunu bildirib. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Çində yayılan genişmiqyaslı koronavirus dalğasından narahat olduğunu bildirib.
O, ölkə hakimiyyətini əhalinin həssas təbəqələrinin peyvəndlənməsini sürətləndirməyə çağırıb. 2020-ci ildən Çində “Sıfır COVID” strategiyası həyata keçirilir: virusun yayılmasını məhdudlaşdırmaq üçün yoluxmuş insanlarla təmasda olanlar üçün məcburi karantin tətbiq edilir. Lakin “sıfır dözümlülük” konsepsiyası müsbət nəticə vermədi. Koronavirusu tam yox etmək mümkün olmadı. Virus ilk vaxtlar azalsa da, yenidən çoxaldı. Və bu artım dalğası davam edir. Halbuki dünyanın heç bir ölkəsi virusla mübarizədə Çindəki kimi sərt üsullardan istifadə etmədi.
İnfeksionist-hepatoloq Mərdan Əliyevin sözlərinə görə, müxtəlif ölkələrin sanitar-epidemioloji vəziyyəti bir-birindən kəskin fərqlənir. Bu gün koronavirusla bağlı əsas diqqətdə saxlanılan məqam yoluxma sayı yox, ağırlaşma və ölüm hallarının qarşısını almaqdır:
“Bu, vacib göstərici hesab olunur. Peyvəndlənmə prosesi bütün ölkələrdə davam etdirilir. Peyvəndləmə Azərbaycanda da aparılır. Ona görə də əsas hədəf yoluxma yox, ölüm hallarının azalmasıdır. Yoluxmanın artması müxtəlif ölkələrdə epidemioloji vəziyyətdən asılı olaraq dəyişə bilər. Lakin qarşısını ala biləcəyimiz əsas məqam ağırlaşma və ölüm hallarıdır ki, bunun üçün peyvəndlənmə və qorunma vasitələrindən istifadə etməliyik”.
Həkimin sözlərinə görə, COVID-19 yeni yayılanda Çin çox güclü karantin hesabına virusun qarşısını ala bilmişdi. Amma "Omikron" variantı gəldikdə onun daha sürətli yoluxma qabiliyyəti olduğu üçün bunun qarşısını ala bilmirlər: “Sürətli artım orada güclü karantin qaydalarının tətbiqi ilə müşahidə edilir. Buna rəğmən artım yenə də müşahidə edilir. Bunun səbəbi onlarda kollektiv immunitetin formalaşmaması ilə bağlıdır. Çində olan insan bu virusla təmasda olmadı, indi yenidən sürətli artım müşahidə edilir.
Bizdə isə vəziyyət fərqlidir. Demək olar ki, hər kəs virusla təmasda oldu. Peyvəndin xəstəliyi yüngül keçirmədə də çox böyük rolu oldu. Bununla belə biz də dünyanın bir hissəsiyik və Çində belə yüksək artımların olması bizə də öz təsirini göstərəcək. Amma bu artım çox ciddi rəqəmlərlə olmamalıdır. Xəstəlik bizdə ağır keçməyəcək. Çünki kimsə yoluxursa, artıq 2-ci, ya da üçüncü dəfə bu virusa yoluxur. Belə olan halda da artıq immunitet əldə edib deyə daha yüngül gedişli olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi