“Fast-food” tipli yeməklər bir bəladır
Yusif Nəzərli
00:41 15.02.2023
Sağlamlıq
929
Məktəbyaşlı uşaqlar arasında xəstəliklər artıb
“Qış mövsümü ilə bağlı uşaqlar arasında bəzi qastroenteroloji problemlərin artması müşahidə olunur. Bunlardan qastrit, reflüks, mədə qanaması, qarında ağrı və sancını xüsusi ilə qeyd etmək istəyirəm”.
Bu sözləri nazirliyin sosial media hesablarına ünvanlanan sualları cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev deyib. Həkimin sözlərinə görə, kəskin respirator virus infeksiyalarının, o cümlədən influenzanın artması uşaqlarda düşməyən qızdırmaya səbəb olur. Bu zaman valideynlər müxtəlif qızdırma salıcı preparatlarla temperaturu salmağa çalışırlar və bəzən bu dərmanlar lazım olandan artıq miqdarda istifadə olunur ki, bu da müxtəlif mədə-bağırsaq problemlərinin əmələ gəlməsinə səbəb olur.
A.Tağıyev deyib ki, son zamanlar məktəbyaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, “ketchup” kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb: "Məktəbyaşlı uşaqların bu qidalardan çox istifadə etmə halları mədə ağrıları, qarında sancılar, bağırsaq pozğunluqları kimi ağırlaşmalara gətirib çıxarır.
Qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən bir mədə-bağırsaq problemidir. Problemi aktual edən qəbizliyin hər yaşda görülməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır.
Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müraciət edirlər. Bu zaman qəbizlik xronikləşir və müxtəlif fəsadlara səbəb olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin olur.
Qəbizliyin artmasının yaşdan asılı olaraq bir çox səbəbləri vardır. Körpə uşaqlarda ana südü yerinə müxtəlif növ süni qidaların istifadəsi qəbizliyin daha kiçik yaşlarda görülməsinə gətirib çıxarır. Ana südü təbii qəbizlik əleyhinə dərmandır.
Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq həyat tərzi keçirmələri və “fast-food”dan çox istifadə etmələridir. Bağırsağın normal işləməsi üçün əsasən su və lif lazımdır. Bir sıra şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri olmur.
Bitki lifləri əsasən meyvə, tərəvəz, ət kimi məhsullarda və bəzi taxıllarda olur. Uşaqlar arasında son vaxtlar telefon və kompüterdən istifadə, həm oturaq həyat tərzi, həm də bütün diqqətlərini oyuna, kompüterə verdikləri üçün nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya