Hamilə qadınlara xəbərdarlıq:Körpələrin siması dəyişə bilər
Yusif Nəzərli
02:38 18.02.2023
Sağlamlıq
555
Niderlandda aparılan tədqiqatın nəticələri hamilə qadınları ciddi şəkildə düşünməyə vadar edəcək. “Şərq” “NTV,com.tr”yə istinadən bildirir ki, tədqiqatla bağlı açıqlama verən Rotterdam Erasmus Tibb Mərkəzinin professoru Gennadi Roscupkin hamiləlikdən öncə, hətta ən kiçik miqdarda spirtli içkinin gələcək körpənin simasında dəyişikliyə səbəb olacağını deyib. Tədqiqat zamanı məlum olub ki, hətta hamiləlikdən 3 ay əvvəl spirtli içki qəbul edilərsə, bu, hamiləlik dövründə dölün inkişafına mənfi təsir göstərməklə yanaşı, körpənin üz cizgilərinin deformasiyaya uğramasına səbəb ola bilər. Mütəxəssislər bildirir ki, körpənin siması “sağlamlıq güzgüsü”dür.
Doğulacaq körpənin nə dərəcədə sağlam olması onun üz cizgiləriylə müəyyən edilir. Nəinki hamiləlik dövründə, hətta hamiləlikdən öncə də spirtli içki qəbul etmiş qadınların körpələrinin üz cizgiləri dölün inkişafı mərhələsində dəyişə bilir. Hamiləlik dövründə spirtli içki qəbulunun körpənin əqli inkişafına mənfi təsir etdiyi tibb aləminə məlumdur. Uzun zamandır mütəxəssislər spirtli içki qəbulunun körpədə daha hansı fəsadlara yol aça biləcəyini araşdırırdı. Niderlandda aparılmış tədqiqat məhz bu problemi ortaya çıxarıb. Məlum olub ki, hətta hamiləlikdən öncə də spirtli içki qəbulu körpələrin simasında müxtəlif dəyişikliklər yaradır. Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edir ki, dölün inkişaf etməmiş qaraciyərinin spirtli içkiyə nə dərəcədə dözə biləcəyi məlum deyil.
Bununla bağlı araşdırma aparılmayıb. Bunu nəzərə alaraq ana olmağa hazırlaşan, bunu istəyən, arzulayan qadınlar spirtli içkidən tamamilə imtina etməlidirlər. Tədqiqat sırasında 9 yaşlı 5 mindən artıq və 13 yaşlı 2 min 500 uşağın fotoları simalarındakı 200 fərqli nöqtələri tanıya bilən süni intellekt vasitəsilə incələnib. Və analardan hamiləlik öncəsi və hamiləlik zamanı nə qədər spirtli içki qəbul etdikləri soruşulub. Fotolardakı dəyişikliyə uyğun olaraq müəyyənləşib ki, hamiləlikdən öncə də, hamiləlik zamanı da spirtli içki qəbul etmiş qadınların körpələrinin simasında dəyişiklik əmələ gəlib. Bu da ən kiçik miqdarda spirtli içki qəbulunun körpənin simasında mənfi dəyişiklik yaratdığını sübut edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya