İnsan eyni anda meymunçiçəyi və koronavirusa yoluxarsa, nə baş verə bilər? - Həkimdən HƏYƏCAN TƏBİLİ
Yusif Nəzərli
13:33 10.08.2022
Sağlamlıq
380
Bu gün ölkədə koronavirus (COVID-19) infeksiyasına yeni yoluxanların sayı 534 nəfərə çatıb. 526 nəfər isə müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən altı nəfəri vəfat edib.
Yenidən yoluxma sayının artması cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Paralel olaraq meymunçiçəyi də insanları narahat edir.
Hazırda ölkədə meymunçiçəyinə yoluxma aşkarlanmasa da, iki virusun paralel gedişatı ölüm riskini artıra bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki, eyni zamanda iki fərqli virusa yoluxma hallarına və ya əvvəl birinə yoluxub, daha sonra digərinə yoluxmaya vaxtaşırı insanlar arasında rast gəlinir.
İnfeksionistin sözlərinə görə, elmdə birinciyə koinfeksiya, ikinciyə isə superinfeksiya deyilir:
“Bu halların koronavirus və meymunçiçəyi ilə bağlı baş verməsi halında nə kimi dəyişikliklər olacağı haqda fərziyyələr mövcuddur.
Belə ki, meymunçiçəyi və koronavirusun eyni vaxtda insan orqanizmində olması xəstənin simptomatikasında qarışıqlığa, dolayısıyla da xəstəliyin idarə olunmasında çətinliyə səbəb ola bilər. Əlavə olaraq, bu iki xəstəliyin insanlar arasında eyni vaxtda dövran etməsi aparılan PZR testlərinin doğruluğuna, vaksinasiyaya orqanizmin verdiyi cavaba da mənfi təsir edə bilər.
Ən önəmlisi isə bu cür koinfeksiya və superinfeksiya hallarında iki virusun insan hüceyrələrində qarşılıqlı əlaqəsi yeni variantların ortaya çıxması ehtimalını artırır.
Bu və digər səbəblərlə bağlı olaraq hər iki xəstəliyin artımının qarşısının alınması üçün lazımi səviyyədə mübarizə aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm