Lobya güclü immunomodulyator sayılır
Yusif Nəzərli
07:24 22.02.2023
Sağlamlıq
1288
Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir
Vücudumuzda müxtəlif infeksiyalara və zəhərli maddələrə qarşı mübarizə aparan bir immunitet sistemi var. Sağlam bir immunitet sistemi özümüzü yaxşı hiss etməyə, yaxşı görünməyə və enerjimizi daha yaxşı istifadə etməyə imkan verir. Mütəxəssislərin fikrincə, immunitet sistemini gücləndirən qidaları istehlak edərək sağlam bir bədənə sahib ola və bir çox xəstəliklərdən qoruna bilərik.
Terapevt Günel Məmmədovanın sözlərinə görə, qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. Həkimin sözlərinə görə, immuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır:
“Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır. Adətən pasiyentlərimə daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirəm. Xüsusilə də lobya güclü immunomodulyator sayılır. Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir.
Məsələn, antibakterial və virusa qarşı təsirli bir vasitə kimi tanınan sarımsaq çox güclü immunitet artırıcı hesab olunur. Güclü selenyum mənbəyi olan sarımsaq sağlam bir həyat üçün lazım olan kükürd də temin edir. Hər yeməkdə bir diş sarımsaq mədə və bağırsaqları gücləndirməyə kömək edir.
Brokoli, brussel kələmi, kahı, beta karotinin yaxşı mənbəyidir və bədəni sərbəst radikalların zərərindən qoruyur. Onların tərkibində C vitamini və kalsium da var. Dietadan, əlavə xərçəngdən qoruyucu təsiri olan pomidor ilə brokoli bişirmək məsləhət görülür. Gül kələmi, indol, bioflavonaid və digər maddələrlə anti-kanserogen təsir göstərir. Tədqiqatlar göstərir ki, kələmin müntəzəm istehlakı qadınlarda döş xərçəngi riskini xeyli azaldır. Brüssel kələmi gündəlik C vitamini ehtiyacının 100 faizini qarşılayır.
İspanaq və digər yaşıl yarpaqlı tərəvəzlərin tərkibində betakaroten, A vitamini, C vitamini və kalsium anbarları var. Xüsusilə 35 yaşdan yuxarı olanların daha çox ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlər istehlak etmələri vacibdir. Çünki bu tərəvəzlərdə olan fol turşusu qocalıqda meydana gələ biləcək altsheymer riskini 50 faiz azaldır. C vitamini anbarı hesab olunan üzüm, kivi, quş üzümü və portağal da bol miqdarda istehlak edilməlidir. Portağal yeyərkən mümkün qədər incə soymağa çalışın. Alt hissədən ağ hissə (bioflavonoid quruluşu) ilə istehlak etdikdə daha çox C vitamini alacaqsınız. Göbələk bədənin immunitet sisteminin bir hissəsi olan ağ qan hüceyrələrinin istehsalını artıraraq bir çox xəstəliklərə qarşı müqavimətini də artırır. Göbələklər protein dəyəri baxımından əti əvəz edə bilsə də, zəhərli növlərin çox olduğu üçün şampinyon göbələklərini seçmək daha yaxşıdır.
Zəncəfil və zərdəçal isə bədənin infeksiyalarla mübarizəsinə kömək edir, toksinlərin kənarlaşmasını təmin edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya