Nazirliyin infeksionisti: “Azərbaycanda influenza virusu yayılıb”
Yusif Nəzərli
11:44 08.02.2023
Sağlamlıq
657
“Qış mövsümündə hava-damcı yolu ilə yayılan virus infeksiyalarının yayılmasına münbit şərait yaranır. İnsanların soyuq havalarda qapalı məkanlara toplaşmasını nəzərə alsaq, xəstələnmə hallarının artmasına təəccüblənmirik. Çünki soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” hesabının canlı yayımında sualları cavablandırarkən deyib.
İnfeksionist bildirib ki, hər il payız-qış mövsümündə qrip virusu aktivləşir:
“Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də influenza virusu yayılıb. Digər viruslar da aktivdir. Qrip isə ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda xəstəxanada müalicə almaq lazım olacaq.
Qripin müalicəsində dərman müalicəsi üçün mütləq ilk növbədə həkim təyinatı olmalıdır. Əksər hallarda ilk iki sutka ərzində istifadə olunan antibakterial dərmanlar təsirli ola bilər. Əhali hərarətin yüksəlməsi ilə bağlı dərhal antibiotik qəbuluna üz tutur. Həkim təyinatı olmadan antibiotik qəbulu yanlışdır. Xəstələnən insanlar işə getməməli, ictimai yerlərdə olmamalıdırlar. Bu, infeksiyanın yayılma sürətini daha da artırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya