Neyrobioloqlar: Beyin dil və əllərin səhv hərəkətini eyni neyron zənciri ilə düzəldir
19:56 23.05.2021
Sağlamlıq
600
Neyrobioloqlar dilin hansı neyron zəncirləri ilə, eyni zamanda, necə idarə olunduğunu çoxdan anlamağa çalışırlar. Problem ondadır ki, dil xırda hərəkətləri çox tez yerinə yetirir - onu izləmək çətindir.
Sherg.az azərtac-a istinadən bildirir ki, Kornell Universitetinin əməkdaşları siçanın borucuqdan su içməsini təfərrüatı ilə videoya çəkməyi bacarıblar. Süni intellektin yüksəksürətli çəkilişinin və üçölçülü modelləşdirmənin köməyilə alimlər dilin kənarlarının, onun aşağı səthinin və kökünün necə dəyişdiyini görə biliblər. Məlum olub ki, dil müntəzəm hərəkət edir və adi videoçəkilişdə görünmür. Bu korreksiyaedici hərəkət dildən hər hansı damcı sürüşdükdən sonra (məsələn, siçan hərəkətini hesablamayaraq damcıya çata bilməyəndə, yaxud tədqiqatçılar içində su olan borucuğu siçandan uzaqlaşdıranda) başlayır.
Siçan sadəcə suyu içməyib - eyni vaxtda onun beyinində əzələlərin fəaliyyətinin asılı olduğu bu və ya digər nahiyələrin aktivliyini idarə etmək mümkün olub. Əgər siçanlarda iradi hərəkətlər üçün lazım olan beyin mərkəzinin aktivliyi dayandırılıbsa, dilin korreksiyaedici hərəkəti yoxa çıxıb. Yəni dilin düzgün işləməsi üçün onun səhvlərini düzəldən nəzarətedici iradə lazımdır.
"Nature" jurnalında qeyd edilir ki, siçanlarda dilin hərəkətini korreksiya edən eyni neyron zənciri primatlarda da işləyir. Yalnız primatlarda həmin neyron zənciri əl hərəkəti ilə əlaqədə öyrənilib. Ümumiyyətlə, dilin hərəkətində olduğu kimi, eyni proses əl ilə də baş verir: əgər meymun nəyisə tutmaq istəyirsə, lakin bunu necə etməyi tam başa düşmürsə, yaxud bu, onda ilk hərəkətdən alınmırsa, məqsədə çatana qədər hərəkəti korreksiya etmək lazım gəlir.
Əsas eksperiment də bundadır - tədqiqatçılar göstəriblər ki, hərəkətlərin korreksiyasını istər əllərin əzələlərində, istərsə də dilin əzələlərində eyni neyron mərkəzi yerinə yetirir. Demək olar ki, beyin dili əllər kimi idarə edir (hərçənd yığılma və boşalma üçün adi, korreksiyaedici siqnal verməyən neyronların əl və dil üçün fərqli olduğu aydın görünür).
Lakin dil digər işlər də görür. Yəni dil təkcə siçan su içəndə hərəkət etmir, həmçinin çeynəməyə, müxtəlif səslər çıxarmağa kömək edir. Alimlərin fikrincə, bu və digər hallarda korreksiyaedici hərəkəti izah etmək maraqlı olardı; bəlkə bu hərəkətlər üçün ayrıca korreksiyaedici mərkəz var, bəlkə də onları eyni neyron zənciri idarə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya