Qızdırmanın təbii üsullarla düşürülməsi daha məqbuldur
Qızdırmanın təbii üsullarla düşürülməsi daha məqbuldur
Yusif Nəzərli
09:50 25.05.2022
Sağlamlıq
688
Pediatr: "Ancaq bütün hallarda xəstəliyin təyinatına uyğun olaraq hansı qızdırmasalıcı dərmanı təyin edəcəyinə həkim qərar verməlidir"
Pediatr-reanimatoloq Qoşqar İsmayılov “Şərq”ə açıqlamasında valideynlər arasında çaşqınlıq yaradan “İbufen” yoxsa “Parasetamol” sualına aydınlıq gətirib.
Mövzu ilə bağlı hər zaman fikir ayrılığı yaşandığını vurğulayan həkim deyib ki, “Parasetamol” və “İbuprofen” arasında seçimi valideynlər yox, məhz həkimlər etməlidir: “Təbii ki, uşağı müayinə etdikdən sonra xəstəliyin təyinatına uyğun olaraq hansı qızdırmasalıcı dərmanı təyin edəcəyinə qərar verməlidir. Valideynlərin öz yanlarından aptekdən dərman alıb uşağa içirtməsi düzgün deyil”.
Pediatrın sözlərinə görə, qızdırma zamanı ilkin olaraq hansı preparatın təyin olunması müalicə protokoluna uyğun aparılır və bu seçim ölkələrə görə dəyişə bilir: “Amerika qitəsində qızdırma əleyhinə ən çox yayılmış və ən çox istifadə edilən dərman “Asetaminofen”dir.
Avropada isə “Parasetamol” və paralel olaraq “Asetaminofen” tərkibli preparatlardan daha çox istifadə olunur. Qızdırma əleyhinə istifadə olunan digər alternativ preparatlardan isə ən populyarı “İbuprofen”dir. Və bu molekulda olan dərmanlar digərləri ilə müqayisədə daha geniş spektrumludur.
Bu baxımdan uşaq orqanizmi üçün “Parasetamol”un yanaşı təsirlərinin və zərərlərinin az olması əsaslıdır.
“Parasetamol” uşağın qızdırmasını salmadığı halda “İbuprofen” molekulası tərkibli hərarətsalıcı dərmanlardan istifadə etmək olar.
Bu dərmanın əlavə təsirləri nisbətən çox olsa da, bu preparatdan istifadəyə qadağa və ya məhdudiyyət yoxdur. Şəxsi qənaətimə gəldikdə isə “Parasetamol”dan daha əvvəl təbii üsullarla qızdırmanın düşürülməsinin tərəfdarıyam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda dağıdıcı zəlzələ qorxusu əsassızdır - Seysmoloq
20:22 13.06.2026
Hadisə
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
19:52 13.06.2026
Futbol
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
19:31 13.06.2026
Gündəm
Elon Mask tarixdə ilk dollar trilyoneri oldu
18:53 13.06.2026
Maraqlı
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
18:35 13.06.2026
Dünya
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
18:15 13.06.2026
Gündəm
Sülh görünür, amma müharibə ehtimalı bitməyib - ŞƏRH
17:50 13.06.2026
Gündəm
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm