Qocalmanın ilk əlamətləri
Yusif Nəzərli
08:54 25.01.2023
Sağlamlıq
616
Yaşlandıqca ağrıların artması məhz kollagen istehsalının tükənməsi ilə əlaqədardır
“Kollagen - birləşdirici toxumanın əsasını təşkil edən bir zülaldır.
Oynaqların, sümüklərin, vətərlərin, saçların, dərinin, dırnaqların, dişlərin əsas komponentlərindən biridir. Kollagen damarların, arteriyaların və kapilyarların divarlarını əmələ gətirir”. Bu sözləri sağlam qida üzrə tanınmış mütəxəssis, bioloq Leyla Məmmədzadə deyib.
L.Məmmədzadənin sözlərinə görə, bir çox ekspertlər kollagenin əsas funksiyasını yapışqanla müqayisə edirlər: “Kollagen molekulları uzun nazik zülal lifləri - fibrillər əmələ gətirir. O hüceyrələri bir yerdə tutmağa, bədənimizi bir “bütün” olmağa və toxumaların uzanmasına tab gətirməsinə xidmət edir.
Yaşlandıqca kollagenin orqanizm tərəfindən istehsalı tükənməyə doğru gedir. Fibrillər daha sürətli parçalanmağa başlayır, kollagen sintezi isə təbii olaraq yavaşlayır. Bu, qocalmanın ilk əlamətlərinin təzahürünə gətirib çıxarır - dəri nazikləşir və elastikliyini itirir, qırışlar əmələ gəlir, sümüklər daha kövrək olur, oynaqlar daha az hərəkət edir.
Kollagen lifləri dərimizin "skeleti" hesab edilir, belə ki, dərinin elastikliyi, möhkəmliyi və gücü kollagendən asılıdır.
Qığırdaq toxumasını məhv olmaqdan qoruyur. Yaşlandıqca ağrıların artması məhz kollagen istehsalının tükənməsi ilə əlaqədardır.
Kollagen həmçinin sümüklərin gücünü artırır, onları məhv olmaqdan qoruyur və osteoporoz riskini azaldır. Demək ki, iş ancaq Calsium ilə kifayətlənmir. Qanı ürəkdən orqanlara daşıyan damarların divarlarını əmələ gətirdiyindən, kollagen çatışmayanda onlar kövrək olur və zədələnirlər”.
Mütəxəssisin sözlərinə görə, orqanizm tərəfindən istehsal olunan təbii kollagen endogen adlanır. Gənc yaşlarda, fibrillərin məhv edilmiş sahələrini vaxtında doldurmaq üçün kifayət qədər sayda yeni molekul sintez edirik: “Yaşla, onlar daha tez deformasiyaya və parçalanmağa başlayır, kollagen istehsalı isə yavaşlayır. Bu zülalın azalması artıq 20 yaşından başlayır və 25-30 yaşdan sonra onun məhv edilməsi prosesləri sintez proseslərindən üstün olur. Demək ki, kollageni 25 yaşdan sonra qəbul etmək daha məsləhətdir. Ancaq böyrək çatışmazlığından və qaraciyər xəstəliyindən əziyyət çəkən insanlar kollageni ehtiyatla qəbul etməlidir. Çünki zülalın çox olması bu orqanlara yükü əhəmiyyətli dərəcədə artırır. Xüsusən də hamilə və laktasiyada olan qadınlar kollagen əlavələrindən yalnız həkimin ciddi nəzarəti altında istifadə etməlidirlər”.
L.Məmmədzadə deyib ki, “gənclik zülalı” ilə zəngin hesab edilən sümük suyu, yumurta ağı, jelatin, toyuq, mal əti, balıq və dəniz məhsullarını gündəlik qida rasionumuza daxil etməliyik. Düzgün qidalanmanın köməyi ilə bədəndə lazım olan kollagenin səviyyəsini saxlaya bilərik: “Balıqlardan alınan dəniz kollagenə üstünlük vermək daha yaxşıdır. Onun strukturu təbii insan zülalına ən yaxın olduğu üçün qan dövranına daha sürətli nüfuz edir. Kollagen qəbulu zamanı qidalanmanızda meyvə və tərəvəzlərin qəbulunu artırmaq lazımdır. Onların tərkibində kollagen olmasa da, zülalın istehsalı üçün lazım olan amin turşuları və vitaminlər var. Sitrus meyvələri, qara qarağat, çiyələk, yerkökü, brokoli, qırmızı bibər, kahı, qoz-fındıq və paxlalılara xüsusi önəm verilməlidir.
Məqsəd xaricdən qəbul edilən kollagenlə daxildə istehsal olunan kollagenin ömrünü uzatmaq və ehtiyatını artırmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm