Qripə qarşı ən yaxşı üsul vaksinasiyadır
Qripə qarşı ən yaxşı üsul vaksinasiyadır
Yusif Nəzərli
04:55 28.01.2023
Sağlamlıq
641
Risk qrupuna 6 aylıqdan 5 yaşa qədər uşaqlar və 50 yaşdan yuxarı şəxslər daxildir
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”də (TƏBİB) qurumun rəhbər işçiləri və əməkdaşları qripə qarşı peyvənd olunublar.
TƏBİB-dən “Şərq”ə bildirilib ki, influenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla büruzə verir və adətən simptomatik müalicə olunur.
İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür. Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.
Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Vasif Əliyev isə hesab edir ki, qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. İnfeksionistin sözlərinə görə, risk qrupuna 6 aylıqdan 5 yaşa qədər olan uşaqlar və 50 yaşdan yuxarı şəxslər daxildir: “Bundan əlavə revmotoloji xəstəliklər səbəbindən dərman qəbul edən, onkoloji xəstəliyi olanlar, hamilələr, orqan transplantasiyası olunmuş insanlarda koronavirus, qrip və bu kimi xəstəliklər ağır keçir. Risk qrupundan olan insanlar ilk olaraq virusdan qorunmalıdır. Qapalı məkanlara az-az getmək lazımdır. İkincisi, virus insan bədəninə təmas edərsə, risk qrupunda olan insanlar öncədən peyvənd olunmalıdır. Peyvənd hər il oktyabr ayından başlayaraq, fevral ayı daxil olmaqla peyvənd oluna bilərlər. Səhiyyə Nazirliyi tərəfindən ölkəyə (İİV 4) inaktiv qrip peyvəndi gətirilərək bütün poliklinikalara paylanılıb. Hər kəs ödənişsiz peyvənd ola bilər. Hamilə qadınlar da rahatlıqla bu peyvəndi vurdura bilərlər, peyvəndin heç bir fəsadı yoxdur. Ancaq allergiya keçmişi olan insanlar bu peyvəndi vurdurmamalıdırlar. Yüngül allergiyası olanlar isə peyvəndi xəstəxanada nəzarət altında vurdurmalıdır".
Həkim-infeksionist Mərdan Əliyev də “Şərq”ə açıqlamasında qrip peyvəndinin vurulmasının məsləhətli olduğunu deyib: “Xüsusən tibb işçiləri və əhalinin aktiv təbəqəsinin peyvənd olunması vacibdir. Qrip xəstəliyinə kimsə dırnaqarası baxmasın. Qrip ən ağır keçirilən xəstəliklərdəndir. Koronavirus infeksiyası ilə qripin üst-üstə düşməsi heç arzuolunan deyil. Bu, xəstənin daha da ağırlaşmasına və çətin sağalmasına səbəb ola bilər.
Düzdür, qrip peyvəndi rutin peyvəndlər sırasına daxil deyil. Məsələn, körpələrə hansı peyvəndlərin vurulmalı olduğu milli immunizasiya proqramı ilə müəyyənləşir. Hansı ayda hansı peyvənd vurulur, dəqiqliklə göstərilir. Deyək ki, hepatit A, su çiçəyi, qızılca, göy öskürək, məxmərək, meningit, difteriya, tetanus, pnevmokok pnevmaniyası... bunlar vacib peyvəndlərdir. Amma təhlükələri minimuma endirmək baxımından körpələrə 6 ayından sonra qrip peyvəndi də vurula bilər. Ümumiyyətlə, kim istəyirsə, qrip peyvvəndi vurdura bilər. Bu, könüllüdür və bir həkim olaraq insanlara virusdan qorunmaq üçün peyvənd olunmağı məsləhət görürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya