Soyuqlar düşdü, qrip baş qaldırdı
Yusif Nəzərli
18:14 07.01.2023
Sağlamlıq
627
Ən yaxşısı ev şəraitində müalicədir
Xəstələrə bol maye, vitaminlə zənginləşdirilmiş qidalar verilməlidir
Qrip virus mənşəli olduğu üçün antibiotiklər bu xəstəliyin müalicəsində tam yararsızdır
Səhiyyə Nazirliyi bir neçə gün əvvəl kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə xəbərdarlıq etmişdi. Bildirilirdi ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa yeni yoluxma ilə əlaqəli ola bilər.
Qeyd edək ki, təhlükəli virus daşıyıcıları 40-a çatan yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər.
Xüsusən qulaqlarda uğultu, tutulma, baş ağrılarından əziyyət çəkdiklərini deyən xəstələr bir neçə gün sonra xəstəliyin yüngülləşdiyini, lakin qəflətən təkrar yüksək hərarətin başladığını qeyd edirlər. Hətta təhlükəli virusun COVID-19-u geridə qoyduğunu iddia edən vətəndaşlar xəstəliyin ağır keçməsi səbəbindən bunun qrip yox, hansısa başqa ağır virus və ya koronavirusun bir ştammı olduğunu düşünür.
Mütəxəssislər isə iddiaların əsassız olduğunu, son günlərdə yayılan xəstəliyin havaların soyuması ilə yayılan mövsümi, kəskin respirator virus infeksiyaları olduğunu qeyd edir.
“Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir”. Bunu Trend-in suallarını cavablayarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
O qeyd edib ki, qış aylarında sadəcə koronavirus deyil, eyni zamanda artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir. "Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə görülür.
Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlıqla bağlı şikayətlər qış aylarında artmağa başlayır və sürətlə yayılır. Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir. İstənilən halda koronovirusa da, qripə qarşı da profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə, sağlam qidalanaraq, mövsümə uyğun geyinərək, zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıldır", - deyə V. Əliyev əlavə edib.
Pediatr Altay Abdullaoğlu isə bildirib ki, adətən, öskürmə və asqırma yolu ilə ötürülən belə xəstəliklər zamanı diqqətli olmaq lazımdır ki, ağırlaşma olmasın:
"Havaların qəfil dəyişməsi ilə adətən qrip virusuna yoluxma halları artır. Bu xəstəliyin əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumi narahatlıqlardır.
Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər. Mütləq olaraq onu qeyd edək ki, qrip müalicəsində antibiotik istifadəsi doğru deyildir. Bu, bütün dünyada qəbul olunmuş tibbi bir göstərişdir. Qrip virus mənşəli xəstəlik olduğu üçün antibiotiklər bu xəstəliyin müalicəsində tam yararsızdır. Bu xəstəlik əsasən ev şəraitində müalicə olunur. Xəstəliyin yüngül, ilk mərhələlərində xəstəyə bol maye, vitaminlə zənginləşdirilmiş qidalar verilməlidir.
Uşağın dincəlməsinə, rahatlığına fikir verilməlidir. Xəstə körpə olan otağın havası mütəmadi havalandırılmalıdır və xəstə ümumi nəzarətdə saxlanılmalıdır. Ağırlaşma hallarında mütləq bir şəkildə həkimə müraciət etmək, məsləhətləşdikdən sonra uyğun müalicələrə başlamaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi