Süd məhsullarının ciddi bahalaşması gözlənilmir
Yusif Nəzərli
02:50 28.01.2023
Sağlamlıq
678
Ölkəyə ən çox idxal olunan süd məhsulu yağdır, bu baxımdan yağın baha satılması anlaşılandır
Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində bahalaşma baş verib. Belə ki, qatılaşdırılmış südün qiyməti bir müddət bundan öncə 3-4 manat arası təşkil edirdisə, hazırda onun qiyməti 9 manata qədər qalxıb.
Süni qiymət artımı alıcılar tərəfindən birmənalı qarşılanmayıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarəti Dövlət Xidmətindən bildirilib ki, xidmət tərəfindən hazırda qatılaşdırılmış süd məhsullarının, o cümlədən digər süd məhsullarının satışı bazarında hər hansı bir bazara giriş maneəsi və ya rəqabəti məhdudlaşdıran digər hallar müşahidə edilmir.
Qeyd edilib ki, həmin məhsulun qiymətindəki artım məhsulun maya dəyərinin elementlərindəki artımdan, həmçinin tələb-təklif əsaslı qiymət dəyişikliklərindən qaynaqlana bilər:
- Rəqabət məhdudiyyətləri olmayan bazarlarda qiymətlər tələb və təklifin dinamikası və ona təsir göstərən digər iqtisadi səbəblərə görə formalaşır.
Hazırda istehlak bazarında qatılaşdırılmış süd məhsulları da daxil olmaqla, ümumilikdə süd məhsulları bazarında rəqabəti məhdudlaşdıran razılaşmalar, sahəvi inhisarçılıq və ya inhisarçılığın digər formaları kimi rəqabəti məhdudlaşdıran hallar mövcud deyil. Son dövrlər sosial şəbəkələrdə müzakirə olunan idxal olunan qatılaşdırılmış süd məhsulunun qiymətindəki sürətli artım həmin bazarın rəqabətlilik vəziyyətindən qaynaqlanmır. Məhsulun qiymətinin artmasına səbəb kimi idxal olunduğu ölkədəki qiymətindəki artım (alış qiyməti), məhsula olan tələbdəki artım və ya satıcının kommersiya qərarı ola bilər. Qeyd edilən məhsulların qiymətləri qanunvericiliyin tələblərinə əməl edilməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilə bilər.
İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən, istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst şəkildə seçərək ala bilər.
İqtisadçı-ekspert Cəfər İbrahimli isə hazırda ölkədə süd məhsullarının qiymətində ciddi bir artım olmadığını deyib. Onun sözlərinə görə, süd məhsulları ilə bağlı qiymətlərin əsas ölçü vahidi ölkədəki süd fermaları, yəni intensiv təsərrüfatların istehsal etdiyi süddür:
“Dediyim kimi, burada da ciddi bir qiymət artımı yoxdur. Son 5-6 ayda südün qiyməti 0,80 qəpik civarındadır. Düzdür, bu qiymətlər fermerləri qane etmir. Yem qiymətləri bahalaşdığına görə süd istehsal edən fermerlər zərərlə işlədiklərini iddia edirlər. Onların aspektindən yanaşsaq, bu iddialar reallığı əks etdirir”.
Süd və süd məhsullarının emalı və mağazalarda satış qiymətlərinə gəldikdə isə iqtisadçı deyib ki, bu məhsulların da maya dəyərinin əsasında süd ciddi rol oynadığından qatılaşdırılmış südün qəfildən 3 manatdan 9 manata qalxmasının heç bir iqtisadi izahı yoxdur.
Onu da deyim ki, xaricdən idxal olunan bəzi süd məhsullarının qiyməti brendinə görə dəyişə bilir. Ola bilər ki, sözügedən məhsul da xaricdə istehsal olunub və digər məhsullardan daha keyfiyyətli olduğu üçün o qiymətə satılsın. Çünki mağazalarda satışda olan süd məhsullarının böyük əksəriyyəti məhz ölkədə istehsal olunur. Bu sahədə idxal payı nisbətən aşağıdır. Və süd bahalaşmadığı üçün ölkədə istehsal olunan qatılaşdırılmış südün qiyməti bu qədər bahalaşa bilməz. Ölkəyə ən çox idxal olunan süd məhsulu yağdır. Bu baxımdan yağın baha satılması anlaşılandır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya