
Supermarketlərdə zərərli qənd məhsulları satılır
Yusif Nəzərli
09:26 16.08.2022
Sağlamlıq
517
Eyyub Hüseynov: "Həmin məhsulların satışdan yığışdırılması təmin edilməlidir"
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam etdirilir. AQTA-dan verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.
Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.
AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın "1003 - Çağrı Mərkəzi"nə məlumat verilməsini xahiş edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə “Şərq”ə açıqlamasında zərərli məhsulların aşkar edilməsinin nə qədər vacibdirsə, bu barədə ictimaiyyətə geniş, ətraflı məlumat verilməsinin də bir o qədər vacib olduğunu dedi:
- AİB 2019-cu ildən bu məsələni qaldırıb. Dəfələrlə biz öz tərəfimizdən əhaliyə, istehlakçılara müraciət etmişik ki, satışda zərərli, istehsalında yanlışlıqlara, kobud pozuntulara yol verilmiş, insan sağlamlığı üçün ziyanlı olan məhsullar, o cümlədən qənd, şəkər məhsulları var. Qənd məhsullarının hazırlandığı sexlərdəki antisanitariya, ərzağın düzgün qaydada saxlanmaması, onsuz da bu məhsulların sağlamlığa ziyanlı olduğunu təsdiq edir. Bir tərəfdən də bəzi məhsullardan alınan nümunələr analiz edildikdə, tərkibində zərərli maddələrin normadan çox olduğu aşkarlanırsa, deməli, bu məhsullar satışdan dərhal yığışdırılmalıdır.
AQTA istehsalçılara da müraciət edib, istehlakçılara da. Amma malların satışdan geri qaytarılması mexanizmi necədir, buna kim, hansı qurum nəzarət edəcək, həmin məhsullar harada, hansı üsulla məhv ediləcək, vətəndaşlar bu barədə necə, harada xəbər tutacaq, məlumat əldə edəcək, bu bilinmir. Təəssüf ki, malların satışdan geri qaytarılması mexanizmi yoxdur. Biz bununla bağlı Respublika Baş Prokurorluğuna müraciət etmişik və əsaslı cavabı onlardan gözləyirik. AQTA həqiqətən əhalinin qayğısına qalırsa, ziyanlı, zərərli qəndlərlə bağlı marketlərdə bildirişlər asılmalıdır. Əks halda alıcı bu barədə məlumatsız olacaq. Kütləvi informasiya vasitələri də materiallarla, məlumatlarla təmin edilməlidir ki, geniş oxucu kütləsini xəbərdar etsin.
E.Hüseynov qeyd etdi ki, zərərli məhsulların həm satışdan yığışdırılması, həm də məhv edilməsinə yerli icra hakimiyyəti orqanları nəzarət etməlidir:
- Təəssüf ki, biz bunu da çox az müşahidə edirik. İcra hakimiyyətləri ictimai nəzarəti təmin etməlidir. Zərərli məhsulların ləğvi ictimaiyyətin iştirakı ilə olmalıdır.
AQTA-nın zərərli məhsulların adlarını adbaad açıqlaması çox yaxşıdır. Bu, ilk dəfərdir ki, baş verir. Amma təqdirəlayiqdir. Sadəcə, bu məsələnin daha da geniş formada ictimailəşdirilməsinə ehtiyac var. Hamı saytlardakı xəbərləri oxumur və ya efirə baxmır. Mütləq marketlərdə bu barədə bildirişlər olmalı və həmin məhsulların satışdan yığışdırılması təmin edilməlidir.
Qeyd edək ki, AQTA-nın açıqladığı siyahıda “Qidam”, “Bolluq”, “Əsl tam”, “Dişləmə”, “Kral” və başqa əmtəə nişanlarının istehsalı olan “Abşeron”, “Yek dad” və sair qənd məhsullarının adları var. Məlumatla AQTA-nın isternet səhifəsində tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm