Ürəkdə də xərçəng yaranır - Professor
21:53 04.02.2023
Sağlamlıq
806
Ürək şişləri nadir rast gəlinən, təsadüfən aşkarlanan əksər hallarda xoşxassəli olan törəmələrdir. Ürək şişləri birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili şişlərin 80 faizi xoşxassəlidi
Embolik təzahürlərdə ağciyər arteriyasının emboliyası və ya beyin damarlarının emboliyası müşahidə oluna, daxili orqanların, koronar arteriyaların emboliyası da qeydə alına bilər. Kardiak əlamətlər daha çox aritmiyalarla qarşımıza çıxır. Təəssüf ki, bədxassəli ürək şişlərində ağciyər, beyin və sümük metastazları daha çox müşahidə olunur.
Sherg.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu "Kardioonkologiya: Problemə müasir baxışlar" konfransında çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev "Ürəyin birincili və metastatik şişləri" mövzusunda təqdimatı zamanı deyib.
Professor bildirib ki, xəstəliyin diaqnostikasında exokardioqrafiya ən önəmli vasitədir: "Kompüter tomoqrafiyası mütləq kontrastlı olmalıdır. Xüsusilə müalicənin planlaşdırılması zamanı kardiak maqnit rezonans tomoqrafiya əvəzedilməz metoddur. Biopsiya isə nadir hallarda istifadə olunur.
Hansısa müayinə metodu nəticəsində ürəkdə törəmə qarşımıza çıxanda üç ehtimalı mütləq düşünmək lazımdır: tromb, vegetasiya və şişlər. Ürəkdə törəmə şəklində ən çox qarşımıza çıxan tromblardır. Sevindiricidir ki, ürək şişləri ən az ehtimalla təsdiq olunur".
K.Musayevin sözlərinə görə birincili ürək şişləri xoşxassəli və bədxassəli olmaqla iki yerə ayrılır. Həmin şişlərin 80 faizə yaxını xoşxassəlidir. Xoşxassəli törəmələrin təxminən yarısı miksoma adlandırılan törəmələrin payına düşür.
Miksoma daha çox ürəyin sol qulaqcığında qeydə alınır. Bundan başqa az hallarda sağ qulaqcıqda, nadir hallarda hər iki qulaqcıqda olur. Həmçinin çox nadirən, təxminən 1-2 faiz hallarda sağ və sol mədəciklərdə də rast gəlinə bilər. Qadınlarda daha çox qeydə alınır və daha çox orta yaşlarda müşahidə olunur. Ölçüləri adətən 5-8 santimetr təşkil edir. Ən böyük miksoma 16 santimetr olub. Miksomalı xəstələrin əksəriyyətində obstruktiv kardiak əlamətlər müşahidə olunur: baş dönməsi, dispnoe, öskürək, ağciyər ödemi, ürək çatışmazlığı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya