Uşaqlar internetdən gündə yalnız 2 saat istifadə edə biləcək
19:41 10.09.2023
Sağlamlıq
928
Çin internet asılılığı ilə mübarizə aparmaq üçün yeniyetmələrin telefonlarında keçirdikləri vaxtı gündə 2 saatla məhdudlaşdırmağa hazırlaşır.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin hökuməti mobil cihazlardan və virtual oyunlardan uzun müddət istifadənin uşaqların inkişafına zərər verə biləcəyindən narahat olduğu üçün əvvəlki tədbirlərə yeni tədbirlər əlavə edərək uşaqlarda asılılıq yaradan davranışları aradan qaldırmağı hədəfləyir.
Çin Kiberməkan Administrasiyasının (CAC) yeni layihəsinə əsasən, bütün mobil cihazlar və proqramlarda yaş qruplarından asılı olaraq gündəlik ekran vaxtını gündə maksimum 2 saata məhdudlaşdıran "uşaq rejimi" tətbiq olunacaq. Layihə təsdiq olunarsa, cihazları bu rejimdə olanların istifadə etdiyi proqramlar müddəti bitdikdə avtomatik bağlanacaq.
Layihəyə əsasən, rejimdən istifadə zamanı gecə saat 22:00-dan səhər saat 06:00-a kimi yaşı 18-dən az olan heç kim ekrana daxil ola bilməyəcək. 8 yaşından kiçik uşaqlar telefonlarından gündə yalnız 40 dəqiqə istifadə edə biləcəklər, bu müddət 8-15 yaşlılar üçün 1 saat, 16-18 yaşlılar üçün isə gündə cəmi 2 saat olacaq. Bütün yaş qruplarına cihazlarından 30 dəqiqədən çox istifadə etdikdə dincəlmələri xatırladılacaq.
Ümumiyyətlə belə hesab edilir ki, uşaqların ekranda keçirdikləri vaxta bu şəkildə nəzarət etmək Çinli valideynlər üçün faydalıdır. Ailələr zaman məhdudiyyəti olmadan internetdə vaxt keçirən uşaqlarının göz sağlamlığını qoruya bilməyəcəklərini bildirirlər. Daha da əhəmiyyətlisi, uşaq rejimində məzmunun daha müsbət və sağlam olacağını düşünürlər. Bəzi ekspertlər miyopiyanın Çində milli sağlamlıq probleminə çevrilməsini günəş işığının qeyri-kafi olması və ekranın çox uzun olması ilə əlaqələndirirlər. Bu tənzimləmə valideynlərə uşaqlarına nəzarət etməkdə və ekran vaxtını məhdudlaşdırmaqda kömək edə bilər.
Çin dünyanın ən böyük internet istifadəçi şəbəkələrindən birinə malikdir. Ölkənin 1,4 milyard əhalisinin təxminən 1,07 milyardının internetə çıxışı var. Dekabr ayına olan məlumata görə, bu istifadəçilərin beşdə biri 19 yaşdan kiçikdir.
Alınacaq bu yeni tədbirlər, tənzimləmələri həyata keçirməkdən məsul olan texnologiya şirkətlərinin çətin bir dövrə girəcəyindən xəbər verir. Yeni qaydalar elan edildikdən sonra ölkənin aparıcı internet şirkətlərinin səhmləri kəskin ucuzlaşıb.
İki il əvvəl Çin yaşı 18-dən aşağı olan onlayn oyunçulara həftə içi oyun oynamağı qadağan etdi və həftə sonları yalnız üç saat oynamağa icazə verdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı