Yumurta yemək ürəyə faydalıdır
02:54 05.02.2023
Sağlamlıq
608
Yeni tədqiqata əsasən, qida rasionuna müəyyən sayda yumurtanın əlavə edilməsi ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir.
Ürəyi və qan damarlarını zədələyən hər bir vəziyyət, o cümlədən ürəyin işemik xəstəliyi, infarkt və insult ürək-damar xəstəliklərinə aiddir. Bu xəstəliklər qanda xolesterinin yüksək miqdarda olması zamanı baş verir, damarların daralması, düyünlər, ateroskleroz ilə müşayiət olunur. Ürəyin sağlam olması üçün xolesterinin səviyyəsinə, onun miqdarının artmamasına nəzarət etmək lazımdır.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, nəticələri “Nutrients” jurnalında dərc olunan tədqiqat yumurtadan istifadənin bu baxımdan çox faydalı ola biləcəyini göstərib. Alimlər Yunanıstandan olan 3042 nəfərin 10 illik dövr ərzində göstəricilərini təhlil ediblər. Tədqiqatçılar belə qənaətə gəliblər ki, həftədə 1-3 yumurta yemək ürəyi xəstəliklərə qarşı daha dayanıqlı edir.
“Tədqiqat göstərib ki, bu sayda yumurta yeyənlərdə ürək-damar xəstəliklərinin yaranma ehtimalı 60 faiz aşağı olub”, - deyə “Nutrients” yazır.
Tədqiqatın müəllifləri qeyd ediblər ki, yumurta tərkibindəki doymuş yağ turşuları və xolesterinə görə faydalı olub-olmaması barədə hələ də mübahisə yaradan ərzaqdır. Ümumilikdə sağlam qida rejiminə riayət olunduğu zaman yumurta çox faydalıdır.
Alimlər hesab edirlər ki, yağlı qidadan sui-istifadə etməyən, çəki ilə problemi olmayanlar arzuladıqları halda həftə ərzində 7 ədəd yumurta yeyə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya