Rusiyada seçkidə iştirak etməyən partiyaların fəaliyyəti dayandırıldı

  
Rusiyanın Ədliyyə Nazirliyi seçkilərdə yeddi il davamlı olaraq iştirak etməyən siyasi partiyaların fəaliyyətini dayandırıb.

Bu barədə “İnterfax” nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Belə ki, “Rusiya qadınları naminə Xalq Partiyası”, “Yaşıllar Alyansı”, “Şəhər Sakinləri Birliyi”, “Rusiya Xalq Partiyası”, “Rusiya Sosial Demokrat Partiyası”, “Rusiya Pensionerləri Partiyası”, “Rusiya Şəhərləri” və “Rusiya Aqrar Partiyası”nın fəaliyyəti dayandırılıb.

İdarədən bildirilib ki, 2020-ci ildə fəaliyyət göstərməyən daha dörd partiya barədə qərar qəbul ediləcək.