AMİP seçkilərə 11 namizədlə gedir: “Keyfiyyətə üstünlük veririk”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək qərarı verib. 

Bu barədə Sherg.az-a partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu məlumat verib. O, bildirib ki, təşkilatın 11 üzvü  müxtəlif seçki dairələri üzrə namizədliyini irəli sürüb: 

“Namizədlərimizin əksəriyyəti artıq sənədlərini müvafiq Seçki Dairələrinə təqdim ediblər. Kəmiyyətə yox, keyfiyyətə üstünlük verməyə çalışacağıq. Təcrübə göstərdi ki, namizədlərin sayının çox olması ilə uğur əldə edilmir. Seçki məcəlləsinə edilən dəyişikliyə uyğun olaraq seçki kampaniyalarının keçirilməsi üçün nəzərdə tutulan vaxt azaldılıb, imkanlar məhdudlaşıb. Artıq namizədlə seçici daha az təmasda olur. Hər halda çalışacağıq ki, seçicilərlə fərdi qaydada təmasda olaq və kampaniyanı mümkün qədər uğurlu aparaq”. 

Kənan Novruzov