Aqil Abbas hələ qərar verməyib: “Seçicilərimlə görüşdən sonra...”

V çağrış Milli Məclisin deputatı Aqil Abbas qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizədliyini verib-verməyəcəyini dəqiqləşdirməyib. 

A.Abbas Sherg.az-a deyib ki, o, hər dəfə seçkiöncəsi 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsində seçiciləri ilə görüşür: 

“Həmişə əvvəlcə onların fikirlərini öyrənirəm. Əgər məni deputat görmək istəyirlərsə, o zaman namizədliyimi irəli sürürəm. Gələn həftə seçicilərimin görüşünə gedəcəm. Onlar məni vəkilləri kimi görmək istəsələr, ona uyğun qərar verəcəm. Yəni bu görüşdən sonra qərar verəcəm”.