Rəsmi Moskva açıqladı: Bakı və İrəvan arasında əsirlərin dəyişdirilməsi gündəmdədir

Əsir və girovların dəyişdirilməsi həmişə olduğu kimi indi də gündəmdədir.

Report xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dekabrın 18-də keçirdiyi brifinqdə deyib.

“Rusiya və Azərbaycan xarici işlər nazirlərinin bu ilin aprel ayında Moskvada keçirilən görüşündə bu məsələ müzakirə olunub. Qeyd edim ki, bu cür aksiyaları əsir və girovluqda olanların vəziyyətlərinin yaxşılaşdırılması baxımından ilk addım kimi qiymətləndiririk. Həm də digər əsirlərin dəyişdirilməsi istiqamətində də danışıqlar aparılır. Əgər razılıq əldə olunarsa, biz bunu dəstəkləyəcəyik”, - deyə M.Zaxarova vurğulayıb.