Azərbaycan XİN İsraili Müstəqillik Günü münasibətilə təbrik etdi


Azərbaycan Xarici İşlər Nazirliyi İsraili Müstəqillik Günü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirilib.

“İsrailə Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost İsrail xalqına sağlamlıq, bütün səylərində uğurlar, sülh və firavanlıq diləyirik”, - deyə təbrikdə qeyd olunub.