Məmmədyarov həmsədrlərlə videokonfrans formatında görüşdü


18 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüş keçirib.

XİN-dən Lent.az -a verilən məlumata görə, görüşdə, həmçinin Fransa və ABŞ həmsədrlərinin köməkçiləri iştirak ediblər.

Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər.

Tərəflər, pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.