“AŞPA Azərbaycanın inkişafında maraqlı deyil”

“Bu qrum insan hüquqlarını əldə bayraq tutub ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşır”



"Prezident İlham Əliyevin AŞ PA haqqında qeyd etdiklərinə dövlət maraqları konteksində yanaşmaq lazımdır".
Bunu "Sherg.az"a Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Analitikin fikrincə, AŞPA-da müəyyən qruplar var ki, Azərbaycana qarşı ikili standartlardan yanaşırlar:

"Çünki, bu qrup Azərbaycanın inkişafında maraqlı deyil. Düzdür, AŞPA-nın Azərbaycana qarşı insan hüquqları ilə bağlı tənqidi mövqeyi var.

Bu istiqamətdə müəyyən işlər görülür. Lakin AŞPA bütövlükdə bunu əldə bayraq tutub ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşmamalıdır. Prezident İlham Əliyevin bu mövqeyi və apardığı siyasət AŞPA ilə əmədaşlığa əsaslanır.

Əlaqələrin inkişafında maraqlı olduğumuzu hər zaman bəyan etmişik. Amma, bəzi məqamlar dövlət maraqlarımıza zidd olur. Ona görə də cənab İlham Əliyevin bu istiqamətdə mövqeyi və yanaşması mütləqdir".