Fransa ermənipərəst dövlətləri cəsarətləndirməyə cəhd edir

"Təəssüf ki, Fransua Mitterandan sonra hakimiyyətə gələn Fransa prezidentləri böyük fransız xalqının tələblərinə cavab vermir"

 "Fransa Senatının ardınca Milli Assambleyanın da qondarma "dqr"i tanıması  qətnaməsi tövsiyyə xarakterli sayılsa, siyasi müstəvidə qeyri-ciddi addım olsa da, bu işlərin arxasında böyük məkr dayanır".

Bu barədə "Şərq"ə Vəhdət partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.



Partiya təmsilçisi qeyd edib ki, hər iki qərarın ardınca Fransa hökumətinin etiraz  bəyanatları beynəlxalq hüquqa əsaslansa da, qərarın qəbul olmasında prezident Emanuel Makronun tövsiyyəsinin olması şübhəsizdir:

"Minsk qrupunun həmsədr ölkəsinin Senat və parlamentinin bu sayaq qətnamələr qəbul etməsi Fransa xarici siyasətinin deqradasiya olması anlamına gəlir. Minsk qrupu tərəfsiz bir təşkilat olmasına baxmayaraq, onun aparıcı üzv dövlətinin qurumları qərəzli və əsası olmayan qətnamə qəbul etməsinə başqa ad vermək çətindir. Burada məqsəd erməni təəssübkeşliyi estafetini digər ölkələrə ötürməkdən ibarətdir. Fransa bu addımı ermənipərəst dövlətləri bir qədər cəsarətləndirmək üçün atıb ki, gələcəkdə daha çox tərəfdar toplasınlar. Təəssüf ki, Fransua Mitterandan sonra hakimiyyətə gələn Fransa prezidentləri böyük fransız xalqının tələblərinə cavab vermir".