Putin-Lukaşenko görüşü: “Xarici təzyiqlər müzakirə olunacaq”

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü sabah Soçidə keçiriləcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. İşgüzar səfərə hazırlıq getdiyini vurğulayan Kremlin sözçüsü prezidentlərin mətbuata açıqlamalarının və ya bəyanatlarının olmayacağını qeyd edib. 

 Politoloq İlqar Vəlizadə görüş barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

“Belarus ətrafındakı gərginlik hər kəsə məlumdur. Daxili problemlərlə yanaşı, xarici faktorlar da bu məsələyə təsir edir. Fikrimcə, görüşdə son proseslər, o cümlədən Belarusa uçuşların dayandırılması, xarici təzyiqlər müzakirə olunacaq. Rusiya ilə Belarus yaxın ölkələrdir. Odur ki, Moskva Belarusa kömək etməyə, dəstək göstərməyə məcburdur. Dialoq zamanı, çox güman, Kremlin hansı formada yardım göstərə biləcəyi müzakirə olunacaq. Hər halda baş verənlər Rusiya üçün pis sürpriz idi və indi təsirlərin maksimum azaltmaq barədə düşünülür”.