Başqa yol qalmadı: Paşinyan danışıqlar masasına oturacaq

“Dünən baş verən hadisələr də bu prosesi sürətləndirdi”

“Rusiya səy göstərsə, Paşinyan hansısa bir formada danışıqlar masasına əyləşəcək”
“Rəsmi Moskva istəyir ki, prosesdə əsas qüvvə  özü olsun”

“Hadisələrin bu şəkildə davam etməsi  bir neçə görüş olacağını və  tərəflər arasında sazişlərin mərhələli şəkildə imzalanacağını göstərir” 

 “9 noyabr tarixində Azərbaycan Ermənistan və Rusiya dövlət başçılarının görüşü planlanlaşdırılırdı. Ermənistan ictimaiyyəti buna imkan vermədi. Bundan sonra sərhəddə  silsilə təxribatlar başladı”.
 
Bu sözləri “Sherg.az”a sərhəddəki təxribatları şərh edərkən politoloq Azər Rəşidoğlu “Sherg.az”a deyib. O qeyd edib ki, rəsmi İrəvanda daxili vəziyyət o qədər gərginləşdi ki, Nikol Paşinyan müdafiə nazirini dördüncü dəfə dəyişdi:

“Bu baş verməkdə olan prosesləri müsbət istiqamətə yönəldə bilmədi. Güman edirəm ki,Ermənistan danışıqlar masasına oturmağa hazır deyil. Onu narahat edən əsas məsəslə Zəngəzur dəhlizinin açılmasıdır”. 

A.Rəşidoğlu rəsmi İrəvanın  kommunikasiyaların açılmasına tərəfdar olsa da, Zəngəzur dəhlizi məsələsində hələ də razılığa gələ bilmədiyini vurğulayıb:

 “Görünür, bu məsələdə əsas aparıcı qüvvənin Rusiya olduğunu nəzərə alaraq   Paşinyan faktiki olaraq Kremlə qarşı çıxır. Fikrimcə, son günlər törədilən təxribatlar birbaşa Rusiya tərəfindən idarə olunub. Son döyüşlər  rəsmi İrəvanın danışıqlar masasına oturmaqdan başqa yolunun qalmadığını göstərir. Dünən baş verən hadisələr də bu prosesi sürətləndirdi. Rusiya səy göstərsə, Paşinyan hansısa bir formada danışıqlar masasına əyləşəcək. Rəsmi Moskva istəyir ki, prosesdə əsas qüvvə  özü olsun. Hadisələrin bu şəkildə davam etməsi  bir neçə görüş olacağını və  tərəflər arasında sazişlərin mərhələli şəkildə imzalanacağını göstərir”. 
Politoloq sonda hazırda yekun sülh imzalanmasının  real görünmədiyi diqqətə çatdırıb.