Nə Rusiya, nə də İran Qərbin regionda mövcudluğunu görmək istəmir. - Politoloq

“Gürcüstan Rusiya tərəfindən işğal və ilhaq edilmiş Abxaziya və Cənubi Osetiya ərazilərinin işğalda qaldığı müddətdə onunla hər hansı qurumda təmsil olunmaq niyyətində görünmür”.

Bu barədə “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib. 

Analitik ABŞ müdafiə naziri Lloyd Austin Gürcüstanda səfərdə olarkən açıq şəkildə bildirdiyi məsələni xatırladıb: 

“Austin demişdi ki, “Yaxşı olar ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Bu açıqlama əslində Gürcüstan və Rusiyanın bir platformada təmsil olunmasına ABŞ-ın hansı münasibətdə olmasının göstəricisi kimi qəbul edilə bilər. “Altılıq” platformanın reallaşması hansısa formada mümkün ola bilər. Amma bunun nə qədər müdətdə və hansı formatda reallaşmasının özü sual altındadır. Görünən odur ki, regionun bəzi dövlətləri, xüsusən Rusiya və İran hər il sanksiyalardan dəyən ziyanı və çökmüş iqtisadiyyatı dirçəltmək üçün istənilən formatlı platformanın qurulmasını məqbul hesab edirlər. Nə Rusiya, nə də İran Qərbin regionda mövcudluğunu görmək istəmir. O baxımdan region dövlətləri ilə dil tapmağa çalışırlar”.