Böyük Britaniya -Rusiya münaisbətləri pisləşir? - Peskov:"...İstisna etmək olmaz" 

Kreml sözçüsü Dmitri Peskov çərşənbə axşamı "RBC" telekanalına müsahibə verib.
"Sherg.az" "TASS"a istinadən xəbər verir ki, D.Peskov müsahibə zamanı Böyük Britaniyanın yeni baş naziri Liz Trussun əvvəllər Rusiyaya qarşı sərt fikirlər səsləndirdiyini deyib: 

"Buna baxmayaraq, rəsmi Moskva Britaniya ilə münasibətlərinin “pisləşməyəcəyinə” ümid edir . Onun sözlərinə görə, yeni baş naziri xarici işlər naziri və partiya lideri vəzifəsinə namizəd olduğu zaman verdiyi bəyanatlarla qiymətləndirmək olar:
 "O, bizim haqqımızda yaxşı heç nə deməyib. Təəssüflə deyə bilərəm ki, onun bəyanatları kifayət qədər aqressiv, qeyri-dost və qeyri-konstruktiv olub. Bunu nəzərə alaraq yaxın gələcəkdə çox şeyin dəyişəcəyini güman etmək olmaz. Vəziyyətin daha da pisləşməsinə gəlincə, bunu istisna etmək olmaz. Hazırda rəqiblərimizin gözlənilməzliyini nəzərə alsaq, heç nəyi istisna edə bilmərik".