“Ermənistanın KTMT-tə müraciəti bu təşkilatda ajiotaj yaratmır”


“KTMT ölkələri bu məsələdəki mövqelərini artıq 44 günlük İkinci Qarabağ savaşında ortaya qoyublar”

“Yeni bir stiuasiya yoxdur. Dəfələrlə onlara başqa ölkənin sərhədlərini pozmayın, təxribatlar törətməyin deyilib”


Ermənistan tərəfi özünün sentyabrın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlarla bağlı KTMT və BMT Təhlükəsizlik Şurasına müraciət edib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub : “Hökumət məsələ ilə bağlı artıq Rusiyaya, KTMT-yə və BMT Təhlükəsizlik Şurasına müraciət edib. Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin müddəalarının həyata keçirilməsi üçün Rusiya Federasiyasına rəsmi müraciət etmək barədə qərar qəbul ediliib”.  

 Millət vəkili Fazil Mustafa Ermənistanın KTMT-yə müraciəti ilə bağlı “sherg.az”a danışarkən bildirib ki, rəsmi İrəvan hazırda “başını itirib”, hara, kimə müraciət edəcəyini bilmir:

 “Bu cəhdlər boş işdən başqa bir şey deyil. Ermənistan  KTMT-yə belə bir müraciət etsə, təbii ki, bu təşkilat ona başqasının torpağından çıxmalı olduğunu deyəcək. KTMT ölkələri bu məsələdəki mövqelərini artıq 44 günlük İkinci Qarabağ savaşında ortaya qoyublar. Yeni bir stiuasiya yoxdur. Məsələ KTMT-də hər hansısa bir ajiotaj belə yaratmır. O, bu məsələyə sırf Ermənitana aid olan məsələ kimi baxır. Dəfələrlə onlara başqa ölkənin sərhədlərini pozmayın, təxribatlar törətməyin deyilib. Əgər bu qaydalara əməl etməsələr, bundan sonra da belə problemlərlə qarşılaşacaqlar. Biz hər an münaqişənin alovlanma imkanı olan bir bölgədəyik. Ona görə də heç vaxt ayıq-sayıqlığımızı itirməməməli, torpaqlarımızı qorumağa çalışmalıyıq”.