Ya sülh, ya müharibə  - Ermənistan iki yoldan birini seçməlidir

"Ermənistan sülh və ya müharibə arasında seçim etməlidir".

"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov deyib.

Analitik ehtimal edir ki, Səmərqənddə vacib razılıq bir daha təsdiqlənib: 

"Ermənistanın baş nazirinə bununla bağlı məlumat verilib. Ermənistan ya Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq sülh müqaviləsi imzalamalıdır. Öhdəliklərini yerinə yetirməlidir. Ya da demarkasiya olmadığından 1920-ci ilin 30 noyabrına qədərki sərhədlər bərpa edilməlidir. İsterikada olan Nikol Paşinyan Fransa prezidenti E.Makron və ABŞ dövlət katibi E.Blinken ilə bu məsələni bir daha müzakirə edib. Fransa, ABŞ, o cümlədən İran mövcud durumdan narazıdırlar".