İrəvan geosiyasi oyunda plasdarm olmağı seçdi 

Asif Nərimanlı: "Son hadisələr başlanğıc idi və həlledici məqam hələ qarşıdadır"

"Sərhəddə baş verən son döyüşlər Azərbaycan-Ermənistan xəttindən daha uzağa gedir". Bu sözləri "Şərq"ə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, İrəvan geosiyasi oyunda plasdarm olmağı seçdi: "Bakı üçün risklər ola bilər, amma ən böyük zərbəni plasdarm olan Ermənistan alacaq. 

Çünki mövcud reallığı böyük güclərdən daha çox coğrafiya diktə edir. Nensi Pelosinin İrəvana səfərini bu kontekstdə qiymətləndirmək olar. Və onun “Bu gün ABŞ-dan Ukraynaya, Tayvana, Ermənistana kimi dünya demokratiya və diktatura arasında seçim qarşısındadır” açıqlaması ABŞ-ın hansı istiqamət üzərindən siyasət yürüdəcəyini də göstərir. 

İstisna deyil ki, qarşıdakı dövrdə “Azərbaycan Ermənistana təcavüz edir” deyənlər yeni kampaniyaya başlayacaq". 

Analitik qeyd edib ki, son hadisələr başlanğıc idi və həlledici məqam hələ qarşıdadır: "Ötən əsrin əvvəlində ermənilərə qondarma dövlət yaradanlar bu dəfə xilas edə bilməyəcək".

İsmayıl