Fransa səfiri: “Aİ Lənkəranın mədəni inkişafına 300 min avro ayıracaq” - FOTO

“Avropa İttifaqı (Aİ) Lənkəranın mədəni inkişafının maliyyələşdirilməsinə 300 min avro ayıracaq”.
Oxu.Az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter”də yazıb.
“Aİ Lənkəranın mədəni inkişafı üçün 300 min avro məbləğində proqramı maliyyələşdirir. Fransa İnstitutu tərəfdaşlardan biri olmaqdan qürur duyur. Teatr tamaşaları, film nümayişləri, musiqi, sərgilər, kitabxanalarla əməkdaşlıq təşkil olunacaq”, - o bildirib.