Ceyhun Bayramov Pakistanın və Sinqapurun XİN başçıları ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Ceyhun Bayramov özünün “Twitter” hesabında yazıb.

Ceyhun Bayramov əminliyini ifadə edib ki, iki ölkə arasındakı strateji əlaqələr və əməkdaşlıq möhkəmlənəcək və dərinləşəcək.

“Sarsılmaz və güclü dəstəyə görə təşəkkür edirik!” - deyə C.Bayramov qeyd edib.

Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə də görüşüb.

Görüşdə regional məsələlər, Azərbaycan və Sinqapur arasında ikitərəfli tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.