Azərbaycanın Baş Qərargah rəisi Gürcüstana gedir



Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sabah Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

APA xəbər verir ki, Kərim Vəliyev səfər çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirəcək.
Məlumata görə, səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.