Türkiyə Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını pisləyib

Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını pisləyib.
Bu barədə Şuranın iclasının yekununa dair məlumatda qeyd olunub.
“Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə görə pislənilib və Ermənistan rəhbərliyinə ona verilən sülh fürsətindən istifadə etmək, eləcə də bütün razılaşma öhdəliklərini yerinə yetirməli olduğu xatırladılıb", - məlumatda bildirilir.
Qeyd edilir ki, iclasda davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək ifadə edilib. Həmçinin başda region dövlətləri olmaqla, bütün iştirakçı tərəflərin sülh prosesinə səmimi şəkildə öz töhfəsini verməli olduğu vurğulanıb.