Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib: “Biz türklər hür doğulduq, hür yaşayarıq”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
“Report” xəbər verir ki, nazir təbrikini tviterdə paylaşıb.
“Müstəqilliyinin Bərpası Günü münasibətilə Can Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Biz türklər hür doğulduq, hür yaşayarıq”, - o bildirib.