Azərbaycan və Türkiyə rəsmiləri iqtisadi əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Mustafa Kemal Koloğlu ilə iqtisadi əməkdaşlığı müzakirə edib.
“Report” xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov tviterdə bildirib.
Onun sözlərinə görə, Agentlikdə keçirilmiş görüşdə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.