"Paşinyan Qərbə o qədər aludə olub ki..."  - Əziz Əlibəyli

 "İran qonşu ölkədə avropalı müşahidəçilərin görünməsindən narahatdır"

"Ermənistan sülh bəyanatlarını artırdıqca ikinci pəncərədən sülh əvəzinə müharibə prinsipinə də yer qoyur".

"Sherg.az" xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Analitik bildirib ki, son dəfə belə bir səhvi 2020-ci ilin yayında keçmiş müdafiə naziri D.Tonoyan etmişdi. Hazırda həbsdə yatır və yekun 44 günlük müharibə oldu: 

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əmin edir ki, Bakı ilə sülh müqaviləsi imzalanacaq və sərhədin delimitasiyası başa çatacaq. Öz növbəsində baş nazir Nikol Paşinyan açıq şəkildə bəyan edir ki, Azərbaycan Ermənistana qarşı yeni hərbi təcavüz üçün bəhanə yaradır. Maraqlıdır ki, hazırda Brussel, Moskva və Vaşinqton növbəti müharibə olacağı halda İrəvana heç bir yardım göstərmək gücündə deyillər. Ən ermənipərəst konqresmenlərdən biri olan Frank Pallon deyir ki, ABŞ Türkiyədən imtina edə bilməz, Fransa da Azərbaycandan. Çünki soyuq aylara doğru sanksiyalar qəbul etdimək heç cür mümkün olmayacaq. İrəvanda günah keçisi Rusiya seçilib, qurtuluş kimi isə Qərb təbliğatı qurulub. Eyni zamanda, Paşinyan və komandası kifayət qədər siyasi və hərbi gücə malik Moskvanın mümkün cavab addımları barədə düşünmürlər".

Ə.Əlibəyli vurğulayıb ki, Paşinyan Qərbə o qədər aludə olub ki, Tehranın Azərbaycan və Türkiyənin ali rəhbərliyinə regionda sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu açıq şəkildə bəyan etməsinə baxmayaraq, İranla hərbi sahədə əməkdaşlıq etməkdən və ya İran silahlarını almaqdan imtina edir: 

"Lakin indi Ermənistanın qərbyönlü meylindən və qonşu ölkədə avropalı müşahidəçilərin görünməsindən narahat olan İran rəsmiləri artıq deyirlər ki, “İran Qafqaz regionunda istənilən xarici hərbi mövcudluğa qarşıdır".