Gürcüstan parlamentinin sədri: “Heydər Əliyev xalqın ürəyini qazandı”

“Heydər Əliyev SSRİ dövründə olduğu kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra da çox böyük işlər gördü, xalqın ürəyini qazandı. Heydər Əliyev Gürcüstan-Azərbaycan əlaqələrinin gücləndirilməsində xüsusi rol oynayıb”. 
Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasında Gürcüstan parlamentin sədri Şalva Papuaşvili deyib. 
O bildirib ki, Heydər Əliyevin Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığında müdrik addımlar atıb. 
“Belə uzaqgörən addımları çox az adam dərk edə bilər”, - deyə o əlavə edib.