Aİ missiyasından ermənilərin ittihamlarına SƏRT REAKSİYA

Avropa İttifaqı müşahidəçiləri hesabatları nə Ermənistana, nə də Azərbaycana təqdim edirlər. Onlar hesabtlarını Brüsselə göndərirlər.
Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Son qanlı hadisələrə gəlincə, əgər Sotkdan danışırıqsa, müşahidəçilər orada olmayıblar, lakin sərhədin əhəmiyyətli hissəsində mövcuddurlar. Onların hansısa hadisə baş verən yerdə görünmək arzusu yoxdur. Müşahidəçilər sərhədi izləyir və gördüklərini qeyd edirlər. Amma bu, o demək deyil ki, onlar avtomatik olaraq hansısa hadisənin baş verdiyi bir ərazidə olmalıdırlar”, - Viktorin bildirib.
Səfir onu da qeyd edib ki, Ermənistan tərəfi müşahidəçilərin təhlükəsizliyinə cavabdehdir.
"Müşahidəçilərin müəyyən bir nöqtəyə getməkdən imtina etdiyi bir vəziyyət də ola bilər", səfir vurğulayıb.