Türkiyə KİV: Rusiyanın Ankaradakı səfirinin qətli ilə bağlı daha bir nəfər saxlanılıb - YENİLƏNİB

Rusiyanın Ankaradakı səfirliyi sabiq səfir Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi ilə bağlı Türkiyədə yeni fiqurantın həbsi barədə məlumat almayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

Qeyd edək ki, Türkiyə KİV bu gün ölkənin xüsusi xidmət orqanlarının Rusiyanın sabiq səfirinin qətli işi ilə bağlı yeni fiqurantın saxlanılması xəbərini yayıb.

Bildirilib ki, 2016-cı ilin 9 dekabrında Ankarada sərginin açılışında rusiyalı diplomatı güllələyən və hadisə yerində öldürülən polis əməkdaşı Mevlüt Mert Altıntaşa təşkilat içində tabe olan Ş.S.-nin həyat yoldaşı A.S. polis tərəfindən saxlanılıb.

Saxlanılan qadın Ankarada 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan Türkiyədə qadağan olunmuş FETÖ təşkilatının üzvüdür.

***

12:21

Türkiyə xüsusi xidmət orqanları Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətli işi üzrə daha bir nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə “Milliyet” nəşri yazıb.

Qeyd olunub ki, 2016-cı ilin 9 dekabrında Ankarada sərginin açılışında rusiyalı diplomatı güllələyən və hadisə yerində öldürülən polis əməkdaşı Mevlüt Mert Altıntaşa təşkilat içində tabe olan Ş.S-nin həyat yoldaşı A.S polis tərəfindən saxlanılıb.