Volodimir Zelenski ölkəsini qorumaq üçün dünyadan kömək istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsini qorumaq üçün dünyadan kömək istəyib.

“Report” xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.

“Mən dünyanı Rusiya terroruna qarşı durmağa çağırıram. Ukraynanı özünü qorumaq üçün əlavə vasitələrlə təmin edin. Rusiya bu müharibədə uduzmalıdır”, - Zelenski yazıb.

O, dünya dövlətlərini Rusiyaya qarşı mübarizəyə çağırıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.