Paşinyanın növbəti YALANI  - RƏY

“Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadığım təqdirdə baş verə bilər. Ermənilərin Qarabağdan köçürülməsi İrəvanın əsas planı deyil”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Vəziyyət düzəlməsə, o zaman problem gündəmimizdə olacaq. Amma hələ sentyabrın 19-da aksiyalar başlayan gün Baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, Qarabağdan insan axını baş verərsə, həmvətənlərə necə kömək etmək məsələsini hökumət tərəfdaşları ilə müzakirə etsin”, - o bildirib.
Paşinyan bir daha xatırladıb ki, yaşayış üçün 40 mindən çox yer hazırlanıb (B planı), qida və dərman məsələləri həll olunub:
“Biz hazırıq və hazırlaşmağa davam edirik. Bu, Qarabağdan olan həmkarlarla razılaşdırılmış mövqedir”.
Nikolun açıqlamasını “Sherg.az” a şərh edən politoloq Natiq Miri deyib ki, onun  fikirləri ictimai rəyə hesablanıb:

“Paşinyan çox yaxşı bilir ki, Qarabağdakı ermənilərin kütləvi köçürülməsi prosesi gerçəkləşməyəcək. Azərbaycanın proseslərdə necə davranacağı Paşinyana bəllidir. Paşinyanın açıqlamaları onun növbəti yalanından başqa bir şey deyil. O, 40 min üçün İrəvanda yaşayış yerinin hazırlandığını deyib. Amma Qarabağda cəmi 25-30 min erməni yaşayır.  Əvvəllər də, guya 120 min erməninin yaşadığını deyirdi. Bu da, həmin yalanın davamıdır”.
Politoloq Qarabağdan bir qisim ermənilərin çıxırılacağını bildirib: “Böyük ehtimal Azərbaycan bayrağı altında yaşamaq istəməyən erməni sakinlər ərazini tərk edəcəklər. Bu insanların sayı 40 min deyil, 300-500 nəfərdir. Paşinyan açıqlamaları ilə guya Ermənistan hakimiyyətinin hər şeyə hazırlıqlı olduğunu göstərməyə çalışır. Ancaq Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinə göndərdiyi humanitar yardımlar göz qabağındadır. Azərbaycan öz ərazisindən erməniləri qovmaq istəsəydi, bu cür humanitar yardımlar göndərməzdi.  Rəsmi Bakı öz üzərinə düşəni edir”.