Cənubi Qafqazda yeni reallıq: Kreml əsas söz sahibi Azərbaycanda - RƏY

Kreml əsas söz sahiblərindən birini Azərbaycana göndərib

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təkliflərini hazırlayıb

  "Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfərinin səbəbi sülhməramlı qüvvələrlə bağlı yaranan siyasi polemika və İran-Azərbaycan arasında Zəngəzur dəhlizinin yeni seqmentinin razılaşmasından qaynaqlanan narahatlıq idi". Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, İranla Zəngəzur dəhlizinin açılması Rusiyanın regionda mövqeyinə ciddi zərbə vurub: "Ermənistan ərazisindən dəhliz keçəcəksə, bu, Rusiyanın nəzarətində olacaq. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təkliflərini hazırlayıb, bunun üçün Bakının razılığını almağa çalışır. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu istiqamətdə Türkiyə ilə fəal koordinasiyali fəaliyyət göstərir. Patruşevin səfəri və cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, Azərbaycanın Rusiya ilə əlaqələrə önəm verdiyini göstərir. Amma Azərbaycanın öz maraqları var və bu istiqamətdə siyasətini davam etdirir. Azərbaycan Rusiya ilə 3+3 platforması çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bunu cənab Prezident İlham Əliyev Patruşevin diqqətinə çatdırdı. Rusiya çalışır ki, regionda mövqelərini qoruyub saxlasın. Ona görə də Kreml əsas söz sahiblərindən birini Azərbaycana göndərdi".