Hakan Fidan Qətər əmiri ilə görüşəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan 24-25 oktyabrda Qətərdə rəsmi səfərdə olacaq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN məlumat yayıb.

Nazir Fidan səfər çərçivəsində Dohada Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ilə görüşəcək və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani tərəfindən qəbul ediləcək.