Lavrov: ABŞ milli maraqlarını müdafiə edən ölkələrə qarşı “səlib yürüşü” aparır

Vaşinqton öz müstəqilliyini və milli maraqlarını müdafiə edən bütün ölkələrə qarşı “səlib yürüşü” aparır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” adlı yüksək səviyyəli beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ABŞ-ın Moskvaya qarşı aqressiyası “səlib yürüşü”nün yalnız bir hissəsidir.

“Aydındır ki, Qərbin Rusiyaya qarşı aqressiyası ABŞ və onun satellitlərinin müstəqillik nümayiş etdirən və milli maraqları müdafiə edən beynəlxalq birliyin istənilən üzvünə qarşı “səlib yürüşü”nün yalnız bir hissəsidir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov ölkəsinin bu gün Qərb dövlətləri ilə konstruktiv danışıqlar üçün heç bir perspektiv görmədiyini də söyləyib

"Hələ ki, onların (Qərb ölkələrinin -red) praktiki olaraq əksəriyyəti Vaşinqtona tabedirlər. Ona görə də, bu gün bu ölkələrin böyük əksəriyyəti ilə mənalı danışıqların perspektivlərini görmürük", deyə rusiyalı nazir əlavə edib.