Aİ rəsmiləri Kosova və Serbiya liderləri ilə görüşüb

Avropa İttifaqı rəsmiləri Kosova və Serbiya liderləri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında bildirib.

"Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell və Aİ həmkarlarımızla birlikdə Kosovanın Baş naziri Albin Kurti və daha sonra Serbiya Prezidenti Aleksandar Vuçiclə görüşdük. De-eskalasiya, Belqrad və Priştina arasında münasibətlərin normala dönməsi vacibdir", - o paylaşımında qeyd edib.