Azərbaycan və Rusiya XİN başçıları danışıb - DETALLAR

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Oktyabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey.Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Nazirlər ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəlikləri müzakirə ediblər.

2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli razılaşmalar toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin hazırlanması, nəqliyyat kommunikasiyaların açılması və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə səylərin artırılması zəruriliyi təsdiq edilib" - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.