"Aşpaxyan  hesabatı ilə ABŞ-nin daxili qanunlarına da zidd addım atıb"  - Politoloq

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat yayıb.
Hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialarla doludur. 

Bəribaşdan qeyd edək ki, dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur.

Halbu ki, dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan məhz ABŞ-dır. 

Məhz bu ölkədə dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır. 

Ən əsası, hesabatın ermənilır tərəfindən tərtib olunması dır. Sənədin Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəıri Daniela Aşbaxyan olan  ictimai xidməti tərəfindən hazırıanıb. 

Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib.

"Foreign influence laws"-ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində  işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeyri - qanunidir. 

Çox maraqlıdır ki, hesabatda Azərbayacana qarşı belə kəskin mövqe 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlınln öz doğma torpağından qovulması, 60 -dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsindən söz açılmır. 

Üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan "Qubad İbadoğlu", "Abzas media" və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir.

ABŞ Dövlət Departamenti bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. 

Beləliklə, nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tip cızmaqaraları ciddi hesab etmir. Azərbaycan dövləti bundan sonrakı dövrdə də öz dəst xəttini milli maraqlara uyğun davam etdirəcəyinə  heç bir şübhə yoxdur.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq İlyas Hüseynov da bildirib ki, ABŞ Dövlət Departamentinin  Azərbaycanı dini azadlıqlarla bağlı siyahaya daxil etməsi siyasi sifarişlidir  və qərəzli münasibəti özündə əks etdirir:
"Çox qəribədir ki, işğal dövründə Azərbaycanın məscidlərini dağıdan, orada inək və donuz saxlayan,  barbar hərəkətlər həyata keçirən Ermənistana qarşı deyil, məhz Azərbaycana qarşı  bu cür ikili standartlar nümayiş etdirilir. Hesabatda təəssüf ki, əsas vurğu ölkəmizin beynəlaxlq səviyyədə tanınmış sərhədləri daxilində 19 və 20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi lokal  xarakterli antiterror tədbirləri bu qərarın qəbulu üçün əsas olaraq göstərilir. Digər tərəfdən Qubad İbadoğlu və Abzas media elementlərinin qeyd olunması hesabatı tərtib edənlərin siyasi qərəzliliyini sübuta yetirir"

Politoloq hesabatı tərtib edənin Daniel Aşpaxyan adında erməni olduğunu söyləyib:
"O, xarici ölkə maraqların xidmət edir. ABŞ-nin öz daxili qanunvericiliyində xarici ölkə vətəndaşlarının ölkənin xarici siyasətinə təsirini azaltmaq üçün qaydalar qəbul olunub. Aşpaxyan sözügedən hesabatı ilə ABŞ-nin daxili qanunlarına da zidd addım atıb. Federal Təhlükəsizlik Bürosunun bir bölməsi varki, onlar birbaşa bu məsələ ilə məşğul olur və ABŞ-nin xarici siyasətinə təsir edən şəxslər barədə araşdırma aparıb, ciddi tədbirlər görürlər. Büro da məsələyə səssiz qalıb.  Qərəzlilik və sifariş elementləri buradan da aydın olur. Azərbaycanda multikulturalizm və tolerantlığın yüksək səviyyədə olması ilə bağlı ABŞ-nin Azərbaycanda yeni səfiri Lippi açıqlama ilə çıxış etməlidir. Daha sonra Azərbaycanın adı qərəzli siyahadan silinməlidir".